Hazırki Məxfilik siyasəti “Bshop” MMC şirkətinin www.bshop.az saytında istifadəçinin şəxsi məlumatlarından istifadə qaydalarıdır.
Bshop hər zaman istifadəçilərin şəxsi məlumatlarının məxfiliyi və təhlükəsizliyinə ciddi yanaşır. Məxfilik siyasətimiz veb-saytın istifadəçilərindən əldə olunan şəxsi məlumatların İstifadə şərtləri və Məxfilik siyasətində göstərilən hallar istisna olmaqla heç bir halda üçüncü şəxslərə çatdırılmamasını dəstəkləyir.
www.bshop.az saytından istifadə istifadəçinin bu Siyasət və orada göstərilən şəxsi məlumatlarının işlənməsi şərtlərinə qeyd-şərtsiz razılığı deməkdir. Bu şərtlərlə razılaşmadıqda, istifadəçi bu resursdan istifadə etməkdən çəkinməlidir.
Sayt ümumiyyətlə istifadəçilər tərəfindən verilən şəxsi məlumatların düzgünlüyünü yoxlamır və onların hüquq qabiliyyətinə nəzarət etmir.
Bizim saytda sifariş edərkən və ya qeydiyyatdan keçərkən qanunauyğun olaraq adınız, e-mail ünvanınız və ya digəri məlumatları sorğulaya bilərik. Digər tərəfdən, əgər bu məlumatları bizimlə paylaşmaq istəmirsinizsə, sayta anonim daxil ola bilərsiniz.
Məlumatların Toplanması
Biz, məlumatları, siz, saytda qeydiyyatdan keçdikdə, hesabınıza daxil olduqda və çıxış etdikdə, online alış, aksiyalarda iştrak etdiyiniz zaman toplayırıq. Məlumatlara sizin adınız, ünvanınız, elektron poçtunuz, əlaqə nömrəniz və kredit kartınızın məlumatları daxildir.
Bundan əlavə, biz avtomatik olaraq sizin kompüteri, brauzeri, İP daxil və sorğu etdiyiniz səhifənin ünvanını qeyd edirik.
Bundan əlavə, biz sizin kompüterinizin İP-ünvanını qeydə alaraq, daxil olduğunuz səhifələr və cihazınız (cihazın adı, model, əməliyyat sistemi) haqqında məlumatları əldə edib yadda saxlayırıq.
Məlumatların İstifadə Olunması
Biz əldə olunan məlumatları aşağıdakı məqsədlər üçün istifadə edirik:
- Sizin sorğunuza uyğun olaraq xidmət göstərmək;
- Personal reklam təklif etmək;
- Saytı təkmilləşdirmək;
- İstifadəçilərin dəstək sisteminin təkmilləşdirmək;
- Sizinlə elektron poçt vasitəsilə əlaqə qurmaq;
- Aksiya, müsabiqə təşkil etmək və ya araşdırma aparmaq;
- istifadəçi tərəfindən verilən sualları cavablandırmaq;
- Bshop-un fəaliyyəti haqqında yenilikləri istifadəçiyə göndərmək.
Bununla yanaşı, əldə olunan məlumatlar saytın idarə olunması və inkişafı üçün analitikada istifadə olunur.
Məlumatların Üçüncü Şəxslərə Açıqlanması
Biz şəxsi məlumatları satmır, dəyişmir və İstifadə şərtləri və Məxfilik Siyasətində göstərilən hallar istisna olmaqla kənar şirkətlərə ötürmürük. Qeyd edilənlər, etibar etdiyimiz şirkətlərə aid deyil, hansılar ki, saytın təkmilləşməsində və biznesin inkişafında bizə köməklik göstərirlər və onlar bir şərtlə, məxfiliyi qoruyub saxlamağa razılaşırlar.
Dövlət qurumlarının sorğusuna əsasən istifadiçiyə aid məlumatlar onun razılığı alınmadan müvafiq quruma təqdim edilə bilər.
Məlumatların Qorunması
Biz saytda toplanan məlumatların yeganə sahibiyik. Sizin şəxsi məlumatlarınız İstifadə şərtləri və Məxfilik Siyasətində göstərilən hallar istisna olmaqla hər hansı səbəblərə görə nə satıla nə də üçüncü şəxslərə ötürülə bilər.
Şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müxtəlif təhlükəsizlik əlavələrindən istifadə edirik. Xidmətlərimizdə SSL şifrələməsini fəal şəkildə istifadə edirik. Yalnız xüsusi tapşırıqla çalışan şəxslər (məsələn, texniki dəstək və ya ödənişlərin həyata keçməsi) şəxsi məlumatlara giriş edə bilər.
Məxfi məlumatların qeyd olunduğu serverlər və kompüterlər təhlükəsiz mühitdə saxlanılır.
Biz kredit kartların məlumatlarını saxlamırıq və kredit kartı ilə bütün əməliyyatlar bankın saytında həyata keçir.
Sizə təhlükəsiz serverlərdən istifadə etməyi tövsiyyə edirik. Təqdim etdiyiniz gizli və önəmli məlumatlar ilk olaraq “Secure Socket Layer” (SSL) adlanan təhlükəsiz texnologiya bazasına ötürülür daha sonra isə şifrələnərək Ödəniş girişi edən təchizatçıların verilənlən bazasına yüklənilir və burada yalnız xüsusi səlahiyyəti olan işçilər tərəfindən görülür və informasiyanın konfidensiallığının təmin edilməsi tələb edilir.
Cookie Faylların İstifadəsi
Bizim cookie faylları sayta giriş imkanlarını yaxşılaşdırmaq və təkrar sayta dönüşlərin müəyyən etmək üçün istifadə olunur. Bundan əlavə, onlar ən çox tələb olunan sorğuları izləməyə imkan verir. Cookie faylları heç bir məxfi məlumatları ötürmür.
Platforma informasiyanın saxlanılması üçün çərəzlərdən (cookies) və bənzər texnologiyalardan istifadə edə bilər. Bu fayllar Platformanın istifadəsini yüngülləşdirmək, xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması məqsədi ilə, həmçinin reklam məqsədi ilə istifadə olunur.
Platforma tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin çərəz faylların İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata keçirilir. Platformadan istifadəni davam edərək, İstifadəçi çərəz fayllarının İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir.
Platforma çərəzlərdən və bənzər texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda saxlanılan və həmçinin də, daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa bənzər texnologiyalardan istifadə edir. İstifadəçinin belə çərəzlər və bənzər texnologiyaları bloklamaq və silmək imkanı vardır.
Çərəzlər; platformadan alınmış məlumatlar olub, İstifadəçinin brauzerində saxlanılır, əgər İstifadəçi təkrar olaraq həmin məlumatlara baş çəkərsə, Platformaya yollanır. Çərəz faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq Platformadan istifadəni yüngülləşdirir. Çərəz faylları özündə şəxsi məlumatları saxlamır.
Bənzər texnologiyalar – brauzerdə və ya qurğuda informasiyanı saxlayan, “flashcookies”, “HTML 5 cookies” kimi texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər.
İstifadəçi brauzerin və ya qurğunun parametrlərində çərəzləri idarə edə bilər. İnformasiyanın toplanmasından və saxlanılmasından imtina üçün brauzerin parametrlərində “çərəzləri saxlamamaq” bəndini aktivləşdirmək, həmçinin “çərəzləri təmizləmək” düyməsini klikləmək lazımdır.
Linklər
Bshop-un veb-saytında digər veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələrə baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı sizə məsləhət görürük. Bu qaydalar yalnız bizim saytda toplanılan məlumatlara şamil olunur.
Dəyişiklik və Yeniləşmə
Bshop Məxfilik siyasətini dəyişmək hüququnu özündə saxlayır. Məxfilik siyasətində hər-hansı bir dəyişiklik olduğu təqdirdə bu barədə məlumatlar saytda yerləşdiriləcəkdir.
Şəxsi Məlumatların Saxlanması
Sizin şəxsi məlumatlarınız;
- Bu Məxfilik Siyasətində göstərilən məqsədlər üçün lazım olana qədər və qanuni öhdəliklərimizi yerinə yetirməyə imkan verənə kimi;
- Şəxsi məlumatların işlənməsi üçün razılıq geri götürülənə kimi Bshopda saxlanacaqdır.
Şəxsi Məlumatlara Çıxış
Bu veb-saytın idarə olunması, məlumatların işlənməsi, analitik və statistik hesabatların hazırlanması, İT sistemlərinin saxlanılması, marketinqin avtomatlaşdırılması vasitələri, veb-reklam həllərinin verilməsi üçün Bshop və onun işçilərindən başqa, Bshop ilə əməkdaşlıq edən təşkilatların şəxsi heyəti şəxsi məlumatlarınızı əldə edə biləcəklər.
Sizin Hüquqlarınız
Məlumat subyekti kimi Bshop-a bu veb-sayt vasitəsilə ötürülmüş məlumatlara görə sizin aşağıdakı hüquqlarınız var:
Giriş hüququ: bu veb-saytda toplanmış şəxsi məlumatlarınız, emalın məqsədləri, şəxsi məlumatların kateqoriyaları, şəxsi məlumatların açıqlandığı və ya açıqlanacağı tərəf və ya tərəf kateqoriyaları, mümkün olarsa, şəxsi məlumatların saxlanılacağı nəzərdə tutulan dövr və ya mümkün olmadıqda həmin dövrü müəyyənləşdirmək üçün istifadə olunan meyarlar, avtomatlaşdırılmış qərar qəbulunun mövcudluğu və məlumat subyekti üçün belə işlənmənin nəzərdə tutulan nəticələri daxil olmaqla məlumatları Bshop-dan əldə edə bilərsiniz.
Düzəltmə hüququ: Sizlə əlaqəli səhv məlumatların düzəldilməsini təxirə salmadan əldə edəbilərsiniz.
Silinmə hüququ: Bshop sizin haqqınızda olan şəxsi məlumatlarınızı silinməsini sıradakı hallarda gecikdirmədən edə bilər: a) toplanma məqsədləri ilə əlaqəli artıq əhəmiyyət daşımaqdıqda yaxud fərqli emal edildikdə; b) emalın əsaslandığı razılığınızı geri götürsəniz və emal üçün başqa qanuni əsas olmadıqda; c) emal sizin razılığınıza əsaslansa da, bu cür işlənməyə etiraz etdikdə və emal üçün başqa qanuni əsas olmadıqda; ç) şəxsi məlumatlar qanunsuz olaraq işləndikdə; d) şəxsi məlumatlar qanuni öhdəliyə uyğun olması üçün silinməli olduqda.
Emalın məhdudlaşdırılması hüququ: Bshop-un emal məhdudiyyətini aşağıdakı hallarda tələb edə bilərsiniz: a) şəxsi məlumatların düzgünlüyü ilə bağlı Bshop-a şəxsi məlumatların düzgünlüyünü yoxlamaq imkanı verən müddət ərzində etdikdə; b) emal qanunsuz olduqda və şəxsi məlumatların silinməsi deyil, əvəzində istifadəsinin məhdudlaşdırılmasını tələb etdikdə; c) Bshop artıq işləmə məqsədləri üçün fərdi məlumatlara ehtiyac duymasa da, qanuni tələblərin yaradılması, icrası və ya müdafiəsi üçün tərəfinizdən tələb olunduqda; ç) siz emala etiraz edərkən, Bshop hüquqi bazasının daha üstün olmasını yoxladıqda.
Tətbiq Olunan Qanunvericilik
Bu Siyasət və İstifadəçi ilə Sayt arasında Məxfilik Siyasətinin tətbiqi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının qanunlarına tabedir.