Aşağıda təsvir olunan qaydalar şərtidir, sadəcə ilkin təklif olunan layihə xarakteri daşıyır, təklif və əlavələrinizlə müvafiq düzəlişlər ediləcəkdir.

Kuryer

Çatdırılma kuryer xidməti vasitəsi ilə  Bakı şəhəri, Xırdalan şəhəri,Sumqayıt şəhəri daxilində istənilən ünvana 24 saat ərzində kuryer vasitəsi ilə ödənişsiz (və ya məsafədən asılı olaraq ödənişli.) olaraq çatdırılır.

Azərbaycanın 62 rayonu üzrə 1 gün ərzində poçt vasitəsi ilə göndərilən zaman 3 AZN ödəniş tələb edilir. (Poçt ilə göndərilən məhsullar 2,3 iş günü Mərkəzi poçta çatır).

Azərpoçt

Sifarişiniz yaşadığınız əraziyə Azərpoçt şöbəsinə 2,3 iş günü ərzində çatdırılacaq və siz yerindəcə nağd ödəniş etməklə məhsulu əldə edəcəksiniz.Çatdırılma 3 AZN təşkil edir!

Cari gün ərzində saat 09:00-dan 16:00-dək rəsmiləşdirilən sifarişlər həmin gün ərzində çatdırılır. Saat 16:00-dan sonra rəsmiləşdirilən sifarişlər ertəsi gün çatdırılır. Malın əldə olmaması səbəbindən çatdırılmanın bir neçə gün təxirə salına biləcəyi hallar istisna təşkil edir.

Ödəmə üsülları

Nağd ödəniş 2 halda mümkündür:

  1. Bakı,Sumqayıt,Xırdalan şəhərində kuryer sifarişi çatdıran zaman (pulsuz).
  2. Məhsulu Azərpoçt şöbəsindən götürdükdə (pulsuz).

Sifarişinizi saytımızda rəsmiləşdirdikdən sonra operator sizinlə sifarişin təsdiqlənməsi, çatdırılma üsulunun və vaxtının dəqiqləşdirilməsi ilə əlaqə saxlıyacaq.

Nağdsız ödəniş

Ödənişi saytımızdan bank kartları (VİSA/MasterCard) vasitəsi ilə icra edə bilərsiniz.(Əgər məhsulda və ya stokda problem olarsa 14 gün ərzində geri qaytarılır).

Birkart və Bolkart vasitəsi ilə hissə-hissə ödəyə bilərsiniz.

İzahlı video görüntü:(burada nümunə üçün bir video təlimat linki olsa daha məqsədəuyğun olar).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın və “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi qaydalarının təsdiq edilməsi barədə qərarı”nın 1-ci maddəsində qeyd edilən aşağıdakı məhsulların Azərbaycan Respublikasına “poçt göndərişi” şəklində göndərilməsi qəti qadağandır.

1. Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

1.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika

1.2. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar

1.3. İnsan orqanları və (və ya) toxumaları

1.4. Canlı heyvanlar

1.5. Tezalışan maddələr

1.6. Zəhərli və toksikoloji maddələr

1.7. Bioloji və infeksion maddələr

1.8. Civə, kimyəvi reaktivlər və turşular

1.9. İnsanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar

1.10. Tez xarab olan qida məhsulları

1.11. Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün
təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər

1.12. Sikkələr, banknotlar və yol çekləri

1.13. Radioaktiv maddələr

1.14. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat

1.15. Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar

1.16. Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

1.17. Odlu silah və onun döyüş sursatları.

Malların Geri Qaytarılması Şərtləri

Əlbəttə ki, məhsulu bəyənmədiyiniz təqdirdə geri qaytarış mümkündür. Əziz müştərilərimiz, zəhmət olmasa alınan məhsulların dəyişdirilməsi və qaytarılması şərtləri ilə tanış olun:

Əgər ödəniş, kuryerlə təslimat zamanı, nəğd şəkildə edilmişdirsə, ödənilmiş məbləğin qaytarılması, malların geri qaytarılması haqqında yazılı və ya elektron ərizə verildiyi gündən, 3 iş (gün şərtidir) günü ərzində həyata keçirilir (çatdırılma haqqı geri qaytarılmır).

Əgər ödəniş, kuryerlə təslimat zamanı, kart vasitəsilə edilmişdirsə, o zaman vəsaitlərin karta geri qaytarılması, malların geri qaytarılması haqqında yazılı və ya elektron ərizə verildiyi gündən, 5 iş (gün şərtidir) günü ərzində həyata keçirilir (çatdırılma haqqı geri qaytarılmır).

Əgər sifariş saytda onlayn ödənilmişdirsə, vəsaitlərin karta geri qaytarılması, malların geri qaytarılması haqqında yazılı və ya elektron ərizə verildiyi gündən, 10 iş günü (gün şərtidir) ərzində həyata keçirilir (çatdırılma haqqı geri qaytarılmır).

Daha ətraflı məlumatı +994 50 280 00 22 və ya +994 12 480 40 48 nömrəli müştəri dəstəyi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Unutmayın ki, kredit kartı ilə ödənilən mallar geri qaytarıldıqda, geri qaytarılan məbləğ yalnız alış üçün istifadə etdiyiniz kartın hesabına köçürülür.